Qrup mərhələsinin püşkü atılıb - DÇ-2022

23:34 01.04.2022
Yazını böyüt
Yazını kiçilt

Qətərin Doha şəhərində Dünya Çempionatının qrup mərhələsinin püşkü atılıb.

Hafta.az-ın məlumatına görə, püşkatmanının nəticələrinə görə 8 qrup müəyyən edilib:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Şotlandiya / Ukrayna - Uels cütünün qalibi
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya - Peru cütünün qalibi, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya

 

 

Qeyd edək ki, hələ təsnifat mərhələsinin finalında Uels komandası Şotlandiya - Ukrayna görüşünün qalibi ilə, Peru isə BƏƏ - Avstraliya cütünün qalibi ilə oynayacaq, Kosta Rika və Yeni Zelandiya da Dünya Çempionatına çıxmaq uğrunda mübarizə aparacaq.

Dünya çempionatı bu il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.